...

Netanyahu insanları Qəzzanı tərk etməyə çağırıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2023 03:22 (UTC +04:00)
Netanyahu insanları Qəzzanı tərk etməyə çağırıb

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

Trend-in məlumatına görə, İsrailin Baş naziri bu barədə xalqa müraciətində deyib.

O, HƏMAS-ın İsrailə qarşı müharibəyə başladığını bildirib.

“Bu gün baş verənlər heç vaxt baş verməyib və əmin olacağam ki, bir daha təkrarlanmayacaq. Ordu HƏMAS-ı məhv etmək üçün bütün gücünü sərf edəcək. HƏMAS-ın toplaşdığı və gizləndiyi bütün yerləri məhv edəcəyik. Pislik etməyi planlaşdırdıqları, indi gizləndikləri yerlərin hamısı yerlə yeksan ediləcək”.

Netanyahu mülki əhalini hərbi əməliyyat zonasını tərk etməyə çağırıb. “Bu müharibə uzun və çətin olacaq, lakin mən sizə söz verə bilərəm ki, biz qalib gələcəyik", - deyə Baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti