Bakı. Trend:
“Biz qalib gələcəyik”.
Trend xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan israillilər tez bir zamanda ölkəyə qayıtmaq üçün müraciət edirlər:
“Bu bizi sevindirir”.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.