...

Ermənistanda Rusiya sərhədçiləri hədələndi, dostluq plakatı cırıldı

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 17:12 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi və erməni-rus dostluğu plakatını cırması ilə bağlı cinayət işi başladıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 30-da daxil olan məlumata görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə yaxınlaşaraq növbədə olan hərbi qulluqçulara hədə-qorxu gəlib və orada yerləşdirilmiş plakatı cırmaqla maddi zərər yetiriblər.

Bundan başqa, oktyabrın 8-də saat 22:55 radələrində naməlum şəxslər Arazdəyən kəndində erməni və rus xalqlarının dostluğunu simvolizə edən plakatı bıçaqla cırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti