...

BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı iclası keçiriləcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 05:44 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı iclası keçiriləcək

Bakı. Trend:

Oktyabrın 13-də Qəzzadakı münaqişə ətrafında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın Daimi Nümayəndəliyi məlumat verib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti