...

Avropa İttifaqının borcu 900 milyard avroya çatacaq

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 13:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası sonrası bərpa proqramının maliyyələşdirilməsi və Ukraynaya yardım üçün vəsait cəlb etməsi nəticəsində borcu üç il sonra 900 milyard avroya çatacaq.

Trend xəbər verir ki, bu barədə "Financiel Times" qəzeti Aİ nümayəndəsinin sözlərinə istinadən xəbər verib.

Aİ nümayəndəsinin sözlərinə görə, borc bazarında qısa bir zamanda "əsl oyunçu"ya çevrilən Brüsselin borcu hazırda 450 milyard avro təşkil edir ki, bu da 2020-ci illə müqayisədə 9 dəfə çoxdur.

Borcun 2026-cı ilin sonunadək 900 milyard avroya çatacağını proqnozlaşdıran Aİ nümayəndəsi bu cür borcun təkrar maliyyələşdirmə tələb etdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti