Bakı. Trend:
Fransanın paytaxtı Parisdə əməkhaqqının artırılması, kişi və qadınların bərabər əmək hüquqlarının təmin edilməsi tələbi ilə etiraz nümayişləri keçirilib.
Trend xəbər verir ki, bu məqsədlə minlərlə nümayişçi Paris küçələrinə axışıb.
Etiraz aksiyasında bir neçə min nümayişçi iştirak edib.
Etiraz nümayişləri zamanı təhlükəsizlik çox sayda polis və jandarma tərəfindən təmin edilib.