...

Putinin Çin lideri ilə müzakirə etdiyi mövzular məlum oldu

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 14:24 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidenti jurnalistlərin Çin səfərinin yekunları barəsində suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya-Çin münasibətləri ilə yanaşı, Ukrayna və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

Çin lideri ilə üç saat danışıqlar apardığını deyən Rusiya prezidenti iqtisadiyyat, maliyyə, siyasi əlaqələr və beynəlxalq platformalarda birgə fəaliyyəti müzakirə etdiklərini bildirib.

"Yaxın Şərqdəki vəziyyəti də yetərincə ətraflı müzakirə etdik. Mən ÇXR sədrini Ukraynadakı vəziyyət barəsində də olduqca ətraflı məlumatlandırdım", - deyə Putin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti