...

BMT Təhlükəsizlik Şurasının təcili islahatlara ehtiyacı var - Türkiyənin BMT-dəki daimi nümayəndəsi

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 11:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı var.

Trend xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal Təhlükəsizlik Şurasının sessiyasında deyib.

S.Önal dünyada çox sayda böhranın yaşandığı bir vaxtda beynəlxalq ictimaiyyətin təcili olaraq rasional, ehtiyatlı və ardıcıl şəkildə tədbirlər görməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin BMT-dəki nümayəndəsinin sözlərinə görə, gərginliyi azaltmaq və davamlı həll yollarına nail olmaq üçün dialoq və diplomatiyaya üstünlük verilməlidir.

BMT-nin baş katibi Antonio Quterreşin "Sülh üçün yeni gündəm" çağırışını müsbət qarşılayan S.Önal Türkiyənin də bu məqsədlər üçün BMT və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti