Bakı. Trend:
Qəzza bölgəsinin əhalisinə humanitar yardım aparan səkkiz yük maşınından ibarət dördüncü karvan Misirin anklavla sərhədində yerləşən Rəfah keçid məntəqəsini keçib.
Trend-in məlumatına görə, bu barədə “Al-Qahera al-Ekhbariya” telekanalı məlumat yayıb.
Bildirilib ki, humanitar yardımlar sərhəd keçidinin Fələstin tərəfində boşaldılır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.