Bakı. Trend:
Birləşmiş Ştatların Latviyaya altı ədəd M142 HIMARS raket sistemi (MLRS) və müvafiq avadanlıqların satışı üçün 220 milyon dollarlıq müqavilə bağlanılıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamenti və Pentaqona yaxın mənbələr məlumat yayıb.
Bundan əlavə, ABŞ səlahiyyətliləri Yaponiyaya 74,6 milyon dollar dəyərində RAM Block 2B və müvafiq avadanlıqlara malik 63 taktiki raket satmağı planlaşdırdıqlarını bildiriblər.
Riqa və Tokio ilə bağlanan müqavilələrə təlimlər, eləcə də ehtiyat hissələrinin verilməsi və texniki xidmət də daxildir.