...

ABŞ islamofobiya ilə mübarizə strategiyası hazırlayacaq

Dünya xəbərləri Materials 2 Noyabr 2023 16:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti ölkə tarixində ilk dəfə olaraq islamofobiya ilə mübarizə üzrə milli strategiya hazırlayacaq.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, strategiya islamofobiya və nifrətin bütün təzahürlərinə qarşı yönələcək.

Qeyd edək ki, son zamanlarda Qəzza zolağında baş verən hadisələr fonunda ABŞ-də islamofobiya təzahürlərinin artdığı görünür. Belə ki, ölkədə müsəlmanlara qarşı təhdidlər və hücumlar çoxalıb. Bir müddət əvvəl İllinois ştatında ev sahibi müsəlman olduğu üçün 32 yaşlı qadına və onun 6 yaşlı oğluna bıçaqla hücum edib. Nəticədə qadın yaralanıb, uşaq isə vəfat edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti