Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçulara məxsus obyektləri vurub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"İraqın şimalında Hakurk bölgəsində terrorçulara zərbələr endirilib. 15 hədəf məhv edilib. Həyata keçirilən əməliyyat zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib”, - məlumatda deyilir.