Bakı. Trend:
Afina Ankara ilə münasibətlərini yaxşılaşdırmağı hədəfləyir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər naziri Giorgos Yerapetritis deyib.
O, bəyan edib ki, Afina bütün qonşu ölkələrlə, o cümlədən Türkiyə ilə yaxşı münasibətlər saxlamaq istəyir.
“Mülki müdafiə, miqrasiya siyasəti və turizm kimi məsələlər iki ölkə arasında müsbət razılaşmaların əldə oluna biləcəyi sahələrdir” – deyə Yerapetritis qeyd edib.