...

Çilidə baş verən yanğında azı 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 7 Noyabr 2023 06:21 (UTC +04:00)
Çilidə baş verən yanğında azı 14 nəfər həlak olub

Bakı. Trend:

Çilinin Koronel şəhərində ucaq bir yerdə baş verən yanğında 8-i uşaq olmaqla azı 14 venesuelalı miqrant ölüb.

Trend-in məlumatına görə ,bu barədə şəhər meriyası məlumat yayıb.

"Təəssüf hissi ilə kommunamızın 14 sakininin ölümü barədə məlumat veririk. Yanğın nəticəsində səkkiz azyaşlı və altı böyük olmaqla üç ailə həlak olub", - deyə cənub şəhər merinin müavini Xavyer Valensiya bildirib.

O, həmçinin əlavə edib ki, ölənlər əlverişsiz şəraitdə yaşayan Venesuela vətəndaşlarıdır.

Yanğının səbəbi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti