...

Rusiyada "An-2" təyyarəsi tapılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Noyabr 2023 17:27 (UTC +04:00)
Rusiyada "An-2" təyyarəsi tapılıb (YENİLƏNİB)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çukotkada itmiş An-2 təyyarəsi tapılıb, göyərtəsində olanların hamısı sağdır.

Trend xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Kuznetsov özünün "Telegram" kanalında məlumat verib .

“İtmiş təyyarə tapılıb. İlkin məlumata görə, hər üç nəfər - pilot və sərnişin sağdır”, - deyə o, qeyd edib.

xxx

10:50

Rusiyanın Çukotka diyarında "An-2" təyyarəsi radarlardan itib.

Trend bu barədə "Tass" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Pevek-Polyarnı-Pevek marşrutu üzrə hərəkət edən təyyarə eniş vaxtı əlaqəyə çıxmayıb.

Təyyarədə biri sərnişin olmaqla 3 nəfər olub. Hazırda operativ axtarışlar aparılır

Operativ xidmətdən verilən məlumata görə, təyyarənin son koordinatları hazırda məlumdur, lakin hələ ki, təyyarəni aşkarlamaq və ya onunla əlaqə qurmaq mümkün olmayıb. Axtrışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulublar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti