...

Avropa İttifaqının müdafiə nazirləri Ukraynaya dəstəyi müzakirə edəcəklər

Dünya xəbərləri Materials 14 Noyabr 2023 04:28 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının Xarici İşlər Şurası müdafiə nazirləri formatında bu gün Brüsseldə keçiriləcək iclasda Aİ-nin oktyabr sammitinin yekunları əsasında Ukraynaya dəstək məsələlərini nəzərdən keçirəcək.

Trend-in məlumatına görə, bu barədə iclasın materiallarında qeyd olunub.

"Nazirlərin Ukraynanın hazırkı geosiyasi kontekstdə Aİ üçün mütləq prioritet olduğunu bir daha təsdiqləmələri gözlənilir. Onlar son hadisələr, davamlı müdafiə yardımı və Aİ-nin Ukraynaya Hərbi Dəstək Missiyası (EUMAM Ukraine), Avropa Sülh Fondu (EPF) və 2023-cü ilin Mart Sursat Təşəbbüsü vasitəsilə təlimlərə dair fikir mübadiləsi aparmağa dəvət olunacaqlar", - deyə sənəddə bildirilib.

Sohbət, həmçinin “Ukraynanın müdafiəsinə yardım göstərmək üçün (Aİ dövlətləri tərəfindən) ikitərəfli səylər” haqqında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti