...

İranın xarici işlər naziri Rusiyanı Yaxın Şərqdə sülhə nail olmaq üçün səyləri gücləndirməyə çağırıb

Dünya xəbərləri Materials 20 Noyabr 2023 01:44 (UTC +04:00)

Bakı. Trend:

İran və Rusiyanın xarici işlər nazirləri, Hüseyin Əmir Abdullahian və Sergey Lavrov telefonla Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.

Trend xəbər verir ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla söhbətində Moskvanı Yaxın Şərqdə sülhün bərqərar olmasında daha fəal rol oynamağa çağırıb.

Söhbət zamanı nazirlər mülki əhaliyə yardımın göstərilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti