Bakı. Trend:
HƏMAS oktyabrın 7-də əsir götürdüyü ikinci qrup girovların siyahısını İsrailə təhvil verib.
Trend-in məlumatına görə, bu barədə İsrail KİV-ləri xəbər verib.
Məlumata əsasən, onlar əldə olunan razılığa əsasən, şənbə günü azad olunmalıdırlar.
Siyahıya 8-i uşaq olmaqla 13 nəfər daxil olub. Onların yerli vaxtla saat 16:00-dək azad olunacağı gözlənilir.
Bildirilib ki, İsrail ümid edir ki, HƏMAS razılaşmanın şərtlərinə uyğun olaraq dörd günlük atəşkəs zamanı azad edilməli olan 50 nəfərdən əlavə, daha 30-20 uşaq və qadını azad edəcək.