Bakı. Trend:
Türkiyənin 2023-cü ilin yanvar-oktyabr aylarında Çinə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 404 milyon dollar olub.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 42,7 faiz azalaraq 81 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.