Bakı. Trend:
İndoneziyada 2024-cü il fevralın 14-də keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyası başlayır.
Trend-in məlumatına görə, bu barədə ölkənin Seçki Komissiyası bildirib.
Məlumatına görə, seçki kampaniyası 75 gün davam edəcək və fevralın 10-da başa çatacaq.
İndoneziyada 277 milyonluq əhalinin təxminən 204 milyonu səsvermə hüququna malikdir.
Seçkilərdə 50%-dən çox səs toplayan namizəd qalib gəlir. Səlahiyyət müddəti beş ildir.