Bakı. Trend:
Humanitar yardım daşıyan ən azı 200 yük maşını, həmçinin 4 yanacaq və 4 məişət qazı çəni "Rəfah" nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına daxil olub.
Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində Fələstin Ərazilərində İsrail Hökumətinin Fəaliyyətlərinin Koordinasiyası İdarəsi bildirib.
Qeyd olunub ki, Qəzza zolağının şimal və cənub bölgələrinə humanitar yardım çatdırılıb.
Humanitar yardıma qida, su, müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün ilkin tələbat malları, həmçinin dərmanlar daxildir.