...

Fransada nazirlərə bəzi mesencerlərdən istifadə qadağan olundu

Dünya xəbərləri Materials 30 Noyabr 2023 09:30 (UTC +04:00)
Fransada nazirlərə bəzi mesencerlərdən istifadə qadağan olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransada nazirlərin "WhatsApp","Telegram" və "Signal" mesencelərindən istifadə etməsi adağan olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənəd Fransanın baş naziri Elizabet Born tərəfindən imzalanıb.

Sənəddə nazirlərin dekabrın 8-dək cihazlarından Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq olunmamış bütün tətbiqləri silməyə məcbur edir.

Qərar bu tətbiqlərdə təhlükəsizliklə bağlı nöqsanlarının olması ilə əsaslandırılıb. Fransalı nazirlərə ANSSI tərəfindən təhlükəsizlik sertifikatı almış yeganə mesencer olan yerli "Olvid" mesajlaşma tətbiqindən istifadə etmələri təklif olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti