...

Rusiyada ikili vətəndaşlığı olan şəxslərin dövlət sirrinə çıxışı qadağan oluna bilər

Dünya xəbərləri Materials 30 Noyabr 2023 16:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada ikili vətəndaşlığı olan şəxslərin dövlət sirrinə çıxışı qadağan oluna bilər.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq qətnamənin Rusiya hökumətində baxılması üçün hazırlandığı qeyd olunub.

Qətnamə imzalanacağı təqdirdə ikili vətəndaşlığı olan bəzi məmurlar və parlamentarilər xüsusi əhəmiyyətli toplantılarda iştirak edə bilməyəcəklər.

Məlumata görə, bu siyahıya Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri və hökumət nümayəndələri daxil ola bilər. Qətnamə qəbul edilərsə, sözügedən məmurlar ya digər dövlətin vətəndaşlığından imtina edə bilərlər, əks təqdirdə onların toplantılara buraxılması xüsusi qaydada müəyyən ediləcək, lakin son dərəcə "gizli" məlumatlara çıxış imkanı məhdudlaşdırılacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti