Bakı. Trend:
İsrail və HƏMAS humanitar atəşkəsi uzatmağa razılaşıb.
Trend xəbər verir ki, bu barədə "Wall Street Journal" Misir rəsmilərinə istinadən məlumat yayıb.
Razılaşma HƏMAS-ın çərşənbə günü növbəti - altıncı girov qrupunu azad etməsindən sonra əldə olunub.
Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcək, əksəriyyəti qadın və uşaqlardır.