...

Ermənistanın Təhlükəsizlik Şurasının katibi sabah ABŞ-yə səfər edəcək

Dünya xəbərləri Materials 1 Dekabr 2023 12:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabah ABŞ-yə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunacaq.

Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniyadan olan həmkarı Devid Kameronla görüşüb.

Bundan başqa, Mirzoyan Skopyedə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Bu da son zamanlarda, əsasən, qərbyönümlü siyasət yeridən Ermənistanın bir tərəfdən də Rusiya ilə aralarındakı "buzları əritmək" niyyətində olduğundan xəbər verir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti