Bakı. Trend:
Rusiyada fəaliyyət göstərən "Qanuni Oğrular" mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan Şamil Əmirov xüsusi əməliyyatla Türkiyənin Sarıyer istiqamətində yaxalanıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib.
İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirovun İstanbulda tutulduğu barədə məlumat verən nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaqdır və onların nəfəsi kəsilənə kimi durdu yoxdur.