Bakı. Trend:
Qırmızı bülletenlə axtarışda olan narkotik taciri və mütəşəkkil cinayətkar dəstənin rəhbəri Şaun Monağan İstanbulda keçirilən "KAFES-16" əməliyyatı ilə saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Böyük Britaniya tərəfindən Qırmızı bülletenlə axtarışda olan narkotik taciri və mütəşəkkil cinayətkar dəstənin rəhbəri Şaun Monağan İstanbulda keçirilən "KAFES -16" əməliyyatı ilə saxlanılıb.
Türkiyəli nazir, həmçinin, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və narkotik tacirlərinə qarşı mübarizənin getdikcə daha da gücləndiriləcəyini əlavə edib.