...

Rusiyada prezident seçkilərinin tarixi təsdiqləndi

Dünya xəbərləri Materials 7 Dekabr 2023 13:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federal Məclisinin Federasiya Şurası ölkədə prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi barədə qərar qəbul edib.

Trend xəbər verir ki, müvafiq qərar Federasiya Şurasının plenar iclasında qəbul olunub.

Məlumata görə, qərar 162 senatorun lehinə səsverməsi ilə yekdilliklə qəbul olunub və rəsmi dərc olunduğu andan qüvvəyə minmiş hesab ediləcək.

Qeyd edək ki, Rusiyanın hazırkı prezidenti Vladimir Putin növbəti seçkilərdə namizədliyi ilə bağlı qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti