...

Qəzza zolağında intensiv döyüşlər daha iki ay davam edəcək

Dünya xəbərləri Materials 10 Dekabr 2023 12:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında HƏMAS-a qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək.

Trend-in məlumatına görə, bu barədə İsrailin "Kan" dövlət radiosu mənbəyə istinadən bildirib.

Məlumata əsasən, bu müddətdən sonra Qəzzada atəşkəs razılaşmasının bağlanması gözlənilmir və Fələstin anklavı daxilində ordu birlikləri tərəfindən yerli əməliyyatlar aparılacaq.

Bildirilib ki, bu iki ay ərzində İsrail oktyabrın 7-də "HƏMAS" tərəfindən qaçırılan və sektorda saxlanılan girovların azad edilməsi üçün əlavə sövdələşmələr üçün fəal imkanlar axtarmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti