Bakı. Trend:
“Rosselxoznadzor” ABŞ-dən gələn bütün quş əti məhsullarının Rusiya vasitəsilə Qazaxıstana tranzitinə məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, “Rosselxoznadzor” ABŞ-dən gələn bütün quş əti məhsullarının Rusiyadan Qazaxıstana tranzitinə müvəqqəti məhdudiyyətlərin qoyulmasını zəruri hesab edir.
"2022-ci ildə bu cür tədarüklərin həcmi 23 min ton, 2023-cü ildə daha az, 15 min ton təşkil edib.
Qərar hər iki dövlətin (Rusiya və Qazaxıstan ) ərazilərini yüksək patogenli quş qripinin tətbiqindən qorumaq üçün nəzərdən keçirilir. Çünki ABŞ-də bu xəstəliklə bağlı vəziyyət indi qeyri-sabitdir", - məlumatda qeyd olunub.