...

Tramp müxalifətin aşkar favoritidir - Bayden

Dünya xəbərləri Materials 16 Yanvar 2024 11:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden prezident seçkilərindəki rəqibi Donald Trampı müxalifətin aşkar favoriti adlandırıb.

Trend xəbər verir ki, Bayden bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Görünür, Donald Tramp elə indicə Ayovada qalib gəldi. O bu mərhələdə müxalifətin aşkar favoritidir", - deyə Bayden yazıb.

İlkin səsvermə nəticələrinə görə, Tramp Ayova ştatında ilkin seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında lider olub.

Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində prezident seçilib. 2020-ci ildə keçirilən seçkilərdə isə Demokratlar Partiyasının namizədi Co Bayden səs çoxluğu ilə Trampa qalib gələrək prezident seçilib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti