...

İspaniya ötən il ölkəyə gələn turist sayına görə rekord qırıb

Dünya xəbərləri Materials 22 Yanvar 2024 05:22 (UTC +04:00)
İspaniya ötən il ölkəyə gələn turist sayına görə rekord qırıb

Bakı. Trend:

İspaniyaya ötən il rekord sayda turist gəlib.

Trend-in məlumatına görə, bunu ölkənin sənaye və turizm naziri Jordi Hereu deyib.

Statistikaya görə bu günə qədər ölkəyə gələn ən çox turist sayının 2019-cu ildə 83,5 milyon nəfər olduğuna diqqət çəkən nazir, 2023-cü ildə bu rəqəmin artaraq 84 milyonu ötdüyünü qeyd edib. “Bu, indiyədək qeydə alınan ən yüksək rəqəmdir”, - deyə nazir vurğulayıb.

Bildirib ki, 2023-cü ildə ümumi turizm gəliri 108 milyard avronu keçib. Bu, əvvəlki illərlə müqayisədə, 2019-cu ildən 17,4 faiz, 2022-ci ildən isə 23,8 faiz çoxdur.

İspaniyalı nazir bu il turist sayında və turizm gəlirində rekord gözlədiklərini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti