Bakı. Trend:
Yaponiya İmperatoru Naruhitonun qızı Şahzadə Ayko aprelin 1-dən Yaponiya Qırmızı Xaç Cəmiyyətinə daxil olacaq və burada müqavilə əsasında çalışacaq.
Trend xəbər verir ki, bu barədə İmperator Sarayı Administrasiyası məlumat yayıb.
Şahzadə hazırda 2020-ci ildə daxil olduğu Qakushuin Universitetinin Filologiya fakültəsində təhsil alır. Orada yapon ədəbiyyatını öyrənir, həmçinin ingilis və ispan dillərində kurslar alır. NHK telekanalı xəbər verir ki, o, mart ayında təhsilini başa vurmalı, sonra isə Qırmızı Xaçda işləməlidir.