Bakı. Trend:
Almaniya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalana bilər.
Trend-in məluatına görə, bu barədə Almaniya mediasında məlumat yayılıb.
Məlumata görə, sazişin layihə variantı artıq hazırdır və onun fevralın 16-18-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransında imzalanması planlaşdırılır.
Lakin razılaşmanın təfərrüatları barədə məlumat verilmir.