Bakı. Trend:
Gürcüstanın Rustavi şəhərində bazarda atışma olub.
Trend xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, atışma nəticəsində 4 nəfər həlak olub.
Gürcüstan DİN-dən verilən məlumatda qanlı olayı törədənin 1988-ci il təvəllüdlü şəxs olduğu bildirilib.
“Atışma nəticəsində 4 nəfər, o cümlədən təqsirləndirilən şəxsin bazarda işləyən əmisi həlak olub”, - deyə məlumatda qeyd edilib.
Bundan əlavə, daha bir nəfər yaralanıb.
Hüquq-mühafizə orqanları atəş açan şəxsi hadisə yerində saxlayıb.