...

ABŞ Konqresi Türkiyə ilə "F-16" qırıcıları ilə bağlı müqaviləni təsdiqləyib

Dünya xəbərləri Materials 11 Fevral 2024 12:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresi Türkiyə ilə 40 yeni "F-16" qırıcısının satışı və mövcud "F-16" qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ankaradakı səfirliyi "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş "F-16" qırıcısı almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin "F-16" donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir", - deyə səfir Ceffri Fleyk qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti