...

Türkiyə kosmosa ikinci astronavtını göndərəcək

Dünya xəbərləri Materials 13 Fevral 2024 03:12 (UTC +04:00)
Türkiyə kosmosa ikinci astronavtını göndərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ikinci astronavtını göndərəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

O, ölkəsinin ilk kosmos missiyasının uğurla başa çatdırdığını da vurğulayıb.

Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti