...

KTMT təlimləri Mərkəzi Asiya ölkələrində keçiriləcək

Dünya xəbərləri Materials 14 Fevral 2024 15:00 (UTC +04:00)
KTMT təlimləri Mərkəzi Asiya ölkələrində keçiriləcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə bir sıra birgə hazırlıq tədbirlərini Qırğızıstan, Tacikistan və Qazaxıstanda keçirəcək.

Trend xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.

Serdyukovun sözlərinə görə, Qazaxıstan ərazisində KTMT-nin sülhməramlı qüvvələri ilə "Sarsılmaz Qardaşlıq 2024" komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır. Təşkilat üzv ölkələrin müdafiə nazirliklərinin, baza təlim-metodik və elmi tədqiqat təşkilatlarının nümayəndələrini təlimlərə cəlb etməyə davam edəcək.

Qərargah rəisi KTMT-nin bu il Qırğızıstanda "Qarşılıqlı fəaliyyət 2024", "Axtarış 2024", "Eşelon 2024" təlimlərini , Tacikistanda isə "Hüdud 2024" təlimini keçirəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti