...

Yanvar ayında Türkiyənin Türkmənistana hazır geyim ixracı azalıb

Dünya xəbərləri Materials 20 Fevral 2024 11:29 (UTC +04:00)
Yanvar ayında Türkiyənin Türkmənistana hazır geyim ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,2 faiz azalaraq, 913,2 min dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Vurğulanıb ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Xəbər lenti

Xəbər lenti