...

Avstraliya hərbi gəmilərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 21 Fevral 2024 06:15 (UTC +04:00)
Avstraliya hərbi gəmilərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır

Bakı. Trend:

Avstraliya hökuməti hərbi donanmasını əhəmiyyətli dərəcədə gücləndiriləcəyini açıqlayıb.

Trend xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyi on il ərzində iri hərbi gəmilərin sayının 11-dən 26-ya çatdırmağı planlaşdırır. Bunun üçün əlavə olaraq, 6,5 milyard avro ayrılması nəzərdə tutulur.

Beləliklə, ölkənin müdafiə xərcləri ümumi daxili məhsulun 2,4 faizinə qədər artırılacaq. Nazirlikdən verilən məlumata görə, yeni gəmilər hazır olduqdan sonra Avstraliya İkinci Dünya müharibəsindən bəri ən böyük donanmaya sahib olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti