...

Özbəkistan Rusiyadan qaz idxalını artıracaq

Dünya xəbərləri Materials 26 Fevral 2024 07:00 (UTC +04:00)
Özbəkistan Rusiyadan qaz idxalını artıracaq

Bakı. Trend:

Özbəkistan hökuməti Rusiyadan qaz idxalını 3,5 dəfə artıraraq sutkada 32 milyon kubmetrə çatdırmağı hədəfləyir.

Trend xəbər verir ki, Özbəkistan hakimiyyəti Rusiyadan qaz idxalının həcmini artırmaq üçün magistral qaz sisteminin təkmilləşdirilməsinə 500 milyon dollar xərcləmək niyyətindədir.

2023-cü ilin oktyabrında Rusiya öz qazını Qazaxıstan ərazisi ilə Özbəkistana tədarük etməyə başlayıb. Tərəflər arasında imzalanan müqaviləyə görə, “Qazprom” iki il ərzində bu ölkəyə sutkada 9 milyon kubmetr qaz ixrac edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti