...

Texasda meşə yanğını - 60 dairədə fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 28 Fevral 2024 13:37 (UTC +04:00)
Texasda meşə yanğını - 60 dairədə fövqəladə vəziyyət elan edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Texas ştatının qubernatoru Qreq Ebbot meşə yanğınları səbəbindən 60 dairədə fövqəladə vəziyyət rejimi elan edib.

Trend “The New York Times"a istinadən xəbər verir ki, qubernator meşə yanğınları ilə mübarizə aparan yerli yanğınsöndürənlərə kömək etmək üçün dövlət resurslarını aktivləşdirib.

Texas Dövlət Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, alov güclü külək səbəbindən daha geniş əraziyə yayılıb. Çərşənbə axşamından etibarən yanğını nəzarət altına almaq mümkün olmur.

Məlumatda qeyd olunur ki, əhaliyə yanğınla bağlı xəbərdarlıq edilib və bir sıra yaşayış məntəqələrinin boşaldılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti