...

Qazaxıstan vahid saat qurşağına keçdi

Dünya xəbərləri Materials 29 Fevral 2024 23:00 (UTC +04:00)
Qazaxıstan vahid saat qurşağına keçdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1 mart 2024-cü il saat 00:00-dan (29 fevral, Bakı vaxtı ilə saat 23:00) Qazaxıstan rəsmi olaraq vahid saat qurşağına keçib.

Trend-in məlumatına görə, bundan sonra Qazaxıstanın bütün ərazisinə 5-ci saat qurşağı (UTC+5) tətbiq ediləcək. Əvvəllər ölkədə iki saat qurşağı - UTC+5 və UTC+6 istifadə olunurdu. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında olub.

Belə ki, bu tədbir nəzərə alınaraq fevralın 29-dan martın 1-nə keçən gecə Manqistau, Atırau, Qərbi Qazaxıstan, Aktobe və Qızılorda vilayətləri istisna olmaqla, bütün regionlarda vaxt bir saat geri çəkilir (UTC+6 zonasında).

Bundan əvvəl qazaxıstanlı ekspertlər qeyd ediblər ki, 6-cı saat qurşağı təbii günəş vaxtı ilə uyğun gəlmir və vətəndaşların sağlamlığına mənfi təsir göstərir. Bundan əlavə, vahid vaxtın olması nəqliyyat və digər kommunikasiyaların koordinasiyasını yaxşılaşdıracaq və biznesə müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti