...

Hakan Fidan ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 3 Mart 2024 16:58 (UTC +04:00)
Hakan Fidan ABŞ-a səfər edəcək

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək.

Trend xəbər verir ki, bu barədə, o, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı bildirib.

"Gələn həftə həmkarım, dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-a səfər planlaşdırılır”, - deyə Fidan bildirib.

O qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti