...

Çexiya XİN rəhbərinin təyyarəsi nasazlıq səbəbindən hava limanından uça bilməyib

Dünya xəbərləri Materials 3 Mart 2024 23:01 (UTC +04:00)
Çexiya XİN rəhbərinin təyyarəsi nasazlıq səbəbindən hava limanından uça bilməyib

Bakı. Trend:

Çexiyanın xarici işlər naziri Yan Lipavski və onu müşayiət edən nümayəndə heyəti Hindistanın Mumbay şəhərinin hava limanında təyyarənin nasazlığı səbəbindən dayanıb.

Trend-in məlumatına görə, bu barədə "Česká televize" telekanalı xəbər verib.

Məlumata əsasən, nümayəndə heyətinin üzvləri təmirin başa çatmasını gözləməyəcək, onları götürmək üçün başqa bir təyyarə Mumbaya uçacaq.

Çexiya XİN rəhbəri və onu müşayiət edən 10 çex şirkətinin rəhbərliyinin nümayəndələri Hindistan, Avstraliya və Yaponiyaya demək olar ki, iki həftəlik səfərdən Çexiyaya qayıdırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti