Bakı. Trend:
Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 6-da müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına rəsmi səfər edib", - məlumatda deyilir.
Səfərlə bağlı digər təfərrüat açıqlanmayıb.
