...

İranın Mazandaran vilayətindən qeyri-neft məhsul ixracı artıb

Dünya xəbərləri Materials 10 Mart 2024 13:41 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 11 ayı (21 mart 2023 -19 fevral 2024) ərzində İranın şimalında yerləşən Mazandaran vilayətindən qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 13%, çəki baxımından 52% artıb.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti valisinin müavini Həsən Xeyrianpur deyib.

H.Xeyrianpurun sözlərinə görə, 11 ayda Mazandaran vilayətindən 282 milyon dollar dəyərində 1,37 milyon ton qeyri-neft məhsulları ixrac olunub.

Xeyrianpur əlavə edib ki, 11 ay ərzində Mazandaran vilayətinə 2,03 milyard dollar dəyərində 4,24 milyon ton məhsul idxal olunub. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 46%, çəki baxımından 82% artıb. Vilayətə əsasən taxıl, yemək yağları, heyvan və quş yemi idxal olunub.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 11 ay ərzində İranın qeyri-neft məhsul ixracı təxminən 44,9 milyard dollar dəyərində təxminən 125 milyon ton təşkil edib. İranın qeyri-neft məhsul ixracı dəyər baxımından 8,87% azalıb, çəki baxımından 11,4% artıb.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 11 ayda İrana təxminən 59,9 milyard dollar dəyərində təxminən 35,8 milyon ton məhsul idxal olunub. İranın məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 11,1%, çəki baxımından 6,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti