...

İranda çərşənbələrdə ölənlərin sayı 26 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Mart 2024 08:02 (UTC +04:00)
İranda çərşənbələrdə ölənlərin sayı 26 nəfərə çatıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 4 360 nəfər xəsarət alıb.

Trend-i məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.

İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfarın sözlərinə görə, 1,4 minə yaxın təcili yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib. Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

Bildirilib ki, əsasən vətəndaşlar tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti