Bakı. Trend:
Yaponiyanın "Space One" şirkətinə məxsus peyk daşıyan "Kairos" raketi havaya buraxıldıqdan bir neçə saniyə sonra partlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu, Yaponiyanın özəl sektorunun orbitə ilk peyk buraxmaq cəhdi idi.
Şirkət raketin partlayış səbəbini açıqlamayıb.
Bildirilib ki, raket uçuş trayektoriyasında, sürət və ya idarəetmə sistemində səhv aşkarladıqda özünü məhv edir. Bu sistem Yer kürəsindəki insanlar üçün riskləri azaltmaq məqsədi daşıyır.
