...

Kabildə polis məntəqəsində partlayış baş verib

Dünya xəbərləri Materials 21 Mart 2024 21:22 (UTC +04:00)
Kabildə polis məntəqəsində partlayış baş verib

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə polis məntəqələrindən birində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Hasht-e Subh" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, hadisə yerli vaxtla 19:00 radələrində Kabilin mərkəzi rayonlarından birində baş verib.

Hadisə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib. "Taliban" hərəkatının nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti